Xətai rayon Dövlət Yol Polisi İdarəsinin inspektoru Vaqif Əsədov yeni vəzifəyə keçib. SİA-nın xəbərinə görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Xətai rayon Dövlət Yol Polisi İdarəsinin inspektoru Vaqif Əsədov Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsində baş vermiş kadr dəyişikliyinə əsasən idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad olunub. O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB