Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib. SİA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən foruma qatılan siyasi və ictimai təşkilatların rəhbərləri, politoloqlar, ziyalılar, keçmiş hərbçilər Dağlıq Qarabağ probleminin sülh yolu ilə bağlı həllində yaranmış son vəziyyəti müzakirə ediblər.
Tədbirdə KXCP-nin sədri Mirmahmud Mirəlioğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və digərləri çıxış edərək vurğulayıblar ki, ATƏT ölkələrinin dövlət başçılarının Astanada keçirilən zirvə toplantısında Ermənistan prezidentinin davranışı sülh danışıqları variantının mənasının qalmadığını ortaya çıxarıb. Çıxış edənlər qeyd ediblər ki, münaqişənin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həlli üçün Azərbaycan hakimiyyətinin əlində kifayət qədər hüquqi əsaslar var və bundan istifadə etmək lazımdır. Tədbir iştirakçıları münaqişənin həlli ilə bağlı təkliflərini səsləndiriblər. Çıxışlarda səslənən ümumi bir fikir bundan olub ki, dövlət başçısına müraciət etsinlər: "Qoy bizə münaqişənin nə vaxt həll ediləcəyi ilə bağlı konkret bir tarix söyləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB