Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni alay yaradılıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzdində yeni alay yaradılıb. Bakı şəhəri üzrə rayon Dövlət Yol Polisi İdarələrinin bir çox əməkdaşları həmin alayın tərkibinə daxil edilib. Yeni alayda 400-dən artıq əməkdaş fəaliyyət göstərəcək. Bununla da Bakı şəhəri üzrə rayon Dövlət Yol Polisi İdarələri əməkdaşlarının say tərkibi xeyli azalıb.
Eyni zamanda Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində baş vermiş kadr dəyişikliyinə əsasən idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib. O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB