Dünya bazarında pambığın qiymətinin qalxması ölkəmizdə də bu sahəyə olan marağı artırıb. Mövcud vəziyyət qərb bölgəsində, xüsusən Gəncə ətrafı ərazilərdə pambıqçılığa öz təsirini göstərib. Regionda qiymət artımı müşahidə olunmaqdadır. Sahibkarlara vaxtı ilə kiloqramı 30-40 qəpiyə satılan pambıq indi 50-60 qəpiyə təkilif olunur. Bu isə pambığa olan diqqəti artırır.
Sahibkarlıqla məşğul olan Ramiz Qocayev SİA-nın bölgə müxbirinə açıqlamasında bildirib ki, pambığın qiymətinin qalxması yerli bazarda özünü biruzə verir. Belə ki, 1 pambıq mahlıcı indi 2-3 manata satılır. Ağ qızılın tonu isə ölkəmizdə rekord həddə çatıb. 1 ton pambığn dəyəri 1000 manatı ötüb.
Qiymət artımı ölkədə pambıq qıtlığına gətirib çıxara bilər. Artıq fermerlərə sifarişlərin ardı-arası kəsilmir. Samux rayon Ərazi Kənd Tsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun SİA-ya verdiyi məlumata görə, fermerlər yaranan vəziyyətdən maksimum istifadə etməlidirlər. Yəni əziyyət çəkib pambıq əkənlər sahibkarlara indiki halda xammal yox, pambıq mahlıcı satmalıdırlar ki, daha artıq qazanc götürsünlər. Bunun üçün isə onların kiçik emal müəssisələri olmalıdır. Gəncə Aqro Lizinq Səhmdar Cəmiyyəti bu istiqamətdə fermerlərə istənilən köməyi göstərməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB