2011-ci ildə rominq qiymətlərinin aşağı düşməsi gözlənilir - AÇIQLAMA
Gələn Azərbaycanda rominq qiymətlərinin aşağı salınması gözlənilir. SİA-nın verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, bütün region dövlətlərin uyğun strukturları, administrasiya rəhbərləri son Bakı görüşündə rominq qiymətləri ilə əlaqədar üzərilərinə öhdəlik götürüblər: "Belə ki, region dövlətləri ayrı-ayrılıqda öz mobil operatorlarından rominq qiymətlrəinin aşağı salınmasını qanun çərçivəsində və tələb edəcək. Biz də artıq bu işə başlamışıq. Hesab edirəm ki, 2011-ci ilin başlanğıcında rominq qiymətlərinin aşağı salınmasını təklif edəcəyik".
Açıqlaması zamanı 3G texnologiyasının zəif inkişaf etməsi ilə əlaqədar sualı da cavablandıran Ə.Abbasov bununla razılaşmadığını deyib. O bildirib ki, bu gün harada Azerfonun əhatə dairəsi varsa, onların əksəriyyətində 3G var.
Sürətin zəifliyinin olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycanda 3G texologiyası ilə bağlı heç bir problem yoxdur, lakin sürət, keyfiyyət artdıqca onların ödəmə qiymətlərində fərq ola bilir.
Daha sonra Şərq-Qərb informasiya magistralları layihəsinə də toxunan nazir bildirib ki, hazırda bir neçə regionun əsas operatorları arasında danışıqlar aparılır. Onun sözlərinə görə, gələn il onların kansersiumu yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB