Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycana rəsmi səfərə gəlir. SİA-nın Gürcüstan mənbələrinə istinadən verdiyi məlumata görə, Baş naziri Mamuka Baxtadze bu gün artıq Azərbaycana səfərə yola düşüb.
Gürcüstan hökumətinin başçısını, baş nazirin müavini, daxili işlər naziri Giorgi Gaxaria, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, parlament sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər müşayiət edirlər.
M.Baxtadze Bakıya səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional əməkdaşlığın yeni istiqamətləri, həmçinin ticari əlaqələrin daha da genişləndirilməsi, sərmayə qoyuluşu və digər sahələr üçün yeni təşəbbüslər nəzərdən keçiriləcək.
M.Baxtadze yola düşməzdən əvvəl yerli jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycan tarixi layihələrə imza atmış strateji tərəfdaş ölkələrdir: "Regional əməkdaşlıq nöqteyi-nəzərindən biz vacib istiqamətlərə doğru birgə addımlayırıq. Bu təşəbbüslər ölkələrimiz arasında ticarət əlaqələrini bir az da dərinləşdirəcək. Bu, əlbəttə Gürcüstanla Azərbaycanın iqtisadi inkişaf tempinə müsbət təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB