27-ci “Beynəlxalq Türk dili, Türk dünyası ədəbiyyatları və şeir gecəsi” simpoziumu keçiriləcək
Bu gün Türkiyənin İzmir şəhərinin eyni adlı universitetində 27-ci "Beynəlxalq Türk dili, Türk dünyası ədəbiyyatları və şeir gecəsi" simpoziumu keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, simpoziumda Azərbaycan ədəbiyyatı da müzakirə ediləcək.
Tədbirdən əvvəl Azərbaycanın "VEKTOR" Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadə Türk dünyası ölkələrinə göstərdiyi dəstəyə və yardımlara görə İzmir Universitetinin qurucularından biri və "Doğanata Təhsil və Mədəniyyət" Vəqfinin Prezidenti Necdət Doğanataya fəxri doktor adının vəsiqəsini təqdim edəcək.
Simpoziumda İzmir Universitetinin rektoru, professor Kayhan Erciyeş və professor Elçin İsgəndərzadə çıxış edəcəklər. Bundan başqa, tədbir çərçivəsində İzmir Universitetində Uğur Türkanın "Novruz" adlı sərgisi, Fadıl Ünalın "Türk Dünyası Xidmətləri" adlı fotosərgisi də açılacaq.
Qeyd edək ki, simpozium "Kipr-Balkanlar-Avropa-Ədəbiyyatı" qurumunun (KIBATEK) təşkilatçılığı ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB