Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri SİGMA-nın seminarında iştirak ediblər

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri SİGMA-nın seminarında iştirak ediblər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Satınalmalar Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Fransanın paytaxtı Paris şəhərində Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA tərəfindən "Aİ-nın qonşu ölkələrində dövlət qulluğunun idarəedilməsi" mövzusunda təşkil olunan seminarda iştirak ediblər.

Qurumdan SİA-ya verilən xəbərə görə, Azərbaycanla yanaşı Ukrayna, Rusiya, Əlcazair, Gürcüstan, Misir, İordaniya, Livan, Mərakeş, Moldova, Tunis, və digər dövlətlərin nümayəndələrinin, habelə Avropa Komissiyası və OCED-SİGMA-nın rəhbər vəzifəli şəxslərinin də iştirak etdikəri seminarda "SİGMA haqqında ümumi məlumat", SİGMA-nın işlədiyi sahələr – dövlət idaretməsinin üfüqi sistemləri", "Dövlət idarəetməsi və xarici yardımın effektivliyi" və "Təcrübədə SİGMA-dan necə yararlanmalı" mövzularında təqdimatlar olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova seminarda çıxış etmiş və Azərbaycanın dövlət idarərdilməsində aparılan islahatlardan danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə