Argentinanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Argentinanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivan ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə iki ölkə arasındakı əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə