Lənkəran İREX İcma Məlumat Mərkəzinin ofisində Yaşlıların Təhsil Assosiasiyası, Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxaq Əməkdaşlıq İnstitutunun (dw.international) Azərbaycan nümayəndəliyi və Azərbaycan Müəllimlər İnstitutunun Təhsilin idarəedilməsi kafedrası ilə birlikdə "Təlimçilər üçün təlim kursu" adlı 6 günlük təlim keçiriblər.
SİA-nın cənub bürosunun məlumatına görə, təlimçi Azər Ramazanov iştirakçılara "Tədrisdə müasir metodların tətbiqi" mövzusunda danışaraq təhsildə yeni metodların tətbiqi və interaktiv dərskeçmə metodları barədə geniş məlumat verib.
Təlim zamanı müəllimlər və tələbələr təhsilin ən müasir metodları ilə tanış olublar. Layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun maliyyə dəstəyi ilə reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB