“Ermənistana ən effektli təsiri Minsk Qrupunun həmsədr ölkələri göstərə bilər” MÜSAHİBƏ
Millət vəkili Tahir Mirkişilinin SİA-ya müsahibəsi
- Tahir müəllim, Almaniyanın Federal Kansleri Angela Merkelə görüşündən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər edib, separatçı rejim rəhbərləri ilə görüşüb söhbətlər aparılmasının hansısa gözlənilməz məqamlar ola bilərmi?
- Xanım Merkel Yerevanda görüşlərində də Dağlıq qarabağ münaqişəsinin həllinin vacib olduğunu və bunu üçün Almaniyanın daha çox dəstək verməyə hazır olduğunu bəyan etdi. Hazırda Ermənistanda siyasi vəziyyət çox mürəkkəbdir. Qarabağdan olan keçmiş siyasətçilərin aktivləşməsi müşahidə olunur. Eyni zamanda geosiyasiyi müstəvidə Azərbaycanın üstünlüyü durmadan artır. Düşünürəm ki, bunu anlayan Paşinyan həm Qarabağ separatçılarından dəstək almaq, həm də onların yanında olmaq məqsədilə işğal altında olan Azərbaycan ərazilərinə gedib.
- Qərbə meyli şəxs kimi tanınan Paşinyan ola bilərmi ki, Qərb təmsilçisi Angela Merkelin tapşırığı və göstərişi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülhə doğru hansısa bir addım atsın?
- Düşünürəm ki, Erməni siyasəçilərindən istənilən addımı gözləmək mümkündür. İndiki halda Almaniyanın Ermənistana təsiri o qədər də çox deyildir. Bu baxımdan Ermənistana ən effektli təsiri Minsk Qrupunun həmsədr ölkələri göstərə bilər. Digər tərəfdən Azərbaycan ordusu Ermənistanı konstruktiv addımlar atmağa məcbur edəcək.
- İqtisadi və hərbi cəhətdən tam çökən Ermənistan Qərbin maliyyə imkanlarından yararlanmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv yönümlü danışıqlar və hətta təşəbbüslər irəli sürməsi nə dərəcədə mümkündür?
- Ermənsitanın təcavüzkar siyasəti onu məhv etməkdədir. Həm Ermənistanda, həm də Dağlıq Qarabağda əhali çətinliklər içərisində boğulur. İqtisadi, sosial və hərbi cəhətdən zəif bir ölkəyə çevrilən Ermənistan bunu getdikcə anlamalıdır. Bizim də gözlədiyimiz budur. Heç kim bölgədə müharibə arzulamır. Ancaq Ermənistan hakimiyyətinin bunu tezliklə anlaması ilk növbədə erməni xalqının rifahı üçün vacibdir.
- Paşinyanın Angela Merkelə danışıqları və dərhal sonra Qərbə ünvanlanan müsbət mesajlar səsləndirməsi nəticə etibarı ilə Rusiyanı daha da qıcıqlandıra və Paşinyanın zərərsizləşdirməsi üçün əməli addımlar atıla bilərmi?
- Əslində keçmiş prezident Köçəryanın siyasətə qayıdışı Paşinyan üçün bir təzyiqdir. Ermənistanın çox az manevr etmək imkanları var. Azərbaycana qarşı hərbi təcavüz, Türkiyə ilə sərhədlərin bağlı olmağı Ermənistanın əl qolunu tam bağlayıb. Buna görə düşünürəm ki, Paşinyanın ən böyük uğuru onda ola bilər ki, o Azərbaycana qarşı hərbi təcavüzü aradan qaldırsın. Əks halda heç bir fəaliyyət Ermənistana uğur gətirməyəcək.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB