Türkiyəli nazir: “Türkiyə tolerant dövlət olmasaydı, Ermənistan daha çox problemlə üzləşə bilərdi”
"Türkiyə tolerant dövlət olmasaydı, Ermənistan daha çox problemlə üzləşə bilərdi". SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri bu ölkənin sənaye və ticarət naziri Nihat Ərgin Qars şəhərində olarkən jurnalistlərə söyləyib.
Ermənistanla sərhədləri bağlı olduğuna görə, Qarsın iqtisadi çətinliklər yaşaması ilə bağlı səslənən fikirlərə toxunan türk nazir Dağlıq Qarabağ münaqişəsini xatırladıb. Türkiyənin bölgədə, o cümlədən Qafqazda sülh və sabitliyi təmin etmək üçün səy göstərdiyini deyən sənaye və ticarət naziri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. O, münaqişənin tezliklə həllinin nəinki Ermənistan, Azərbaycan və Türkiyə üçün, eləcə də bölgədəki digər ölkələr üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB