Türk politoloq: "Türkiyə şəxsi maraqları çərçivəsində Ermənistanla münasibətləri normallaşdırmaq istəyir"
Türkiyə şəxsi maraqları çərçivəsində Ermənistanla münasibətləri normallaşdırmaq istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Qədir" universitetinin rektoru, Ankarada yerləşən strateji araşdırmalar mərkəzinin beynəlxalq münasibətlər departamentinin rəhbəri Mustafa Aydın bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərə yeni nəfəs Türkiyədə gələn ilin yayında baş tutacaq parlament seçkilərindən sonra veriləcək.
Bütün bunların fonunda politoloq qeyd edib ki, hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq münasibətlərin normallaşmasında irəliləyiş əldə olunacaq.
Eyni zamanda Mustafa Aydın hesab edir ki, beynəlxalq aləmin hər iki ölkəyə təyziq etməsi yalnız münasibətlərin müsbət məcrada inkişafına maneçilik törədəcək: "Bu və ya digər formada xaricdən Türkiyə və Ermənistana edilən təyziqlər əks təsir ilə nəticələnəcək. Xaricdən edilən təyziq türk xalqını daha əzmkar və tərs etməyə yönəldir. Bu zəmində iki dövlət arasında münasibətlərin normallaşmasında heç bir uğur əldə etmək mümkün olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB