““Kalaşnikov” konserni və “Royalsys Engineering Ltd” şirkəti bugünlərdə Ermənistanda AK-12 və AK-15 tipli Kalaşnikov avtomat silahının yeni modellərinin buraxılışı ilə bağlı müqavilə bağlayıblar”. SİA xəbər verir ki, bu barədə ermənilərin “Jamanak” (Zaman) qəzeti yazır.
Adıçəkilən qəzet onu da xatırladır ki, “Kalaşnikov” silahı 2014-cü ildən ABŞ-ın və Avropa İttifaqının sanksiyaları altındadır.
“Bu amilin Ermənistan-ABŞ münasibətlərində problemlər yaradacağı istisna olunmur”, deyə qeyd edən erməni qəzeti onu da bildirir ki, “Royalsys Engineering Ltd”nin rəhbəri David Qalstyan uzun müddətdir ki, ABŞ-ın, eləcə də BMT-nin təhlükəsizlik şurasının diqqəti mərkəzindədir. “O, qanunsuz silah alverinə görə, BMT-nin və ABŞ-ın qara siyahısında yer alır”, “Jamanak” yazır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB