Merkel erməniləri pəjmürdə edib

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Cənubi Qafqaz turnesi çərçivəsində avqustun 24-25-də Ermənistana səfər etməsinin ardınca, erməni KİV-ləri bir sıra məqamlara toxunmaqda davam edirlər. SİA xəbər verir ki, bununla bağlı yazan armenianreport.com saytı digər erməni portalı - 1in.am-a istinadən Merkelin mətbuat konfransında səsləndirdiyi fikirlərini yazıb və qısa təhlil aparıb. “Merkel deyib ki, Almaniya ondan asılı olan hər şeyi edəcək ki, Ermənistanın Avropa İttifaqı ilə viza məsələsi liberallaşsın və bu istiqamətdə irəliləyiş əldə olunsun”, deyə yazan erməni xəbər agentliyi bunun ardınca qeyd edib: “Lakin buna baxmayaraq, o çatdırıb ki, Avropa İttifaqının Gürcüstan və Ukrayna ilə assosiativ əməkdaşlığını Ermənistan gözləməməlidir”.

Qeyd edək ki, Merkelin bu fikirləri erməni ictimai-siyasi dairələrini pəjmürdə edib. Misal üçün, o da qeyd olunur ki, bu kimi ziyarətlərdən sonra böyük ümidlər etmək doğru deyil. Buna misal olaraq, Ermənistanın yaşadığı siyasi böhran göstərilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə