Mahmud Abbas Türkiyədədir

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Türkiyəyə iki günlük işgüzar səfərə gəlib.

SİA-nın xəbərinə görə, Fələstin Muxtariyyətinin rəhbərinin Ankarada Türkiyənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşləri gözlənilir.

Keçiriləcək görüşlərdə qarşılıqlı əlaqələr, Orta Şərq və regiondakı vəziyyət, digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ediləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə