Ukraynanın Berdiçev şəhərində bir qrup qeyri-formal tədqiqatçı-ufoloq həlak olmuş yadplanetlilərin xatirəsinə abidə ucaltmaq qərarına gəlib. SİA-nın xəbərinə, onlar yadplanetlilərin Yer kürəsinə gəlmələrinə şübhə etmirlər. Lakin yadplanetlilər heç də həmişə təyinat yerinə çata bilmirlər. Ufoloqların rəyinə görə, buna səbəb orbitdə baş verən qəzalardır.
Yer kürəsi sakinlərinin indiyədək yadplanetlilərin xatirəsinə ehtiram göstərmədiklərini deyən tədqiqatçıların lideri Aleksandr Nalisman bildirib ki, həlak olmuş yadplanetlilərin memarlıq kompleksi layihəsinin hazırlanması məqsədilə vəsait toplanılır. İlkin hazırlıq işləri başa çatdıqdan sonra fəallar abidənin yerinin müəyyənləşdirilməsi üçün yerli hakimiyyət orqanlarına müraciət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB