Hәyatı iflic edәn qar yağışı vә şaxta bir çox ölkәdә insan ölümünә dә sәbәb olub

Hәyatı iflic edәn qar yağışı vә şaxta bir çox ölkәdә insan ölümünә dә sәbәb olub

Şimal yarımkürәsindә bir çox ölkә qar vә şaxtaya tәslim olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hәyatı iflic edәn qar yağışı vә şaxta bir çox ölkәdә insan ölümünә dә sәbәb olub.

Havanın temperaturu mәnfi 33 dәrәcә olan Polşada, şaxtadan hәlak olanların sayı 40 nәfәrә çatıb. İngiltәrәdә 2, Almaniyada 3, Çexyada 4, Rusiyada isә 11 nәfәr soyuq havanın qurbanına çevrilib. Avropanın cәnubunda isә daşqınlar davam edir.

Güclü yağışların nәticәsindә Drina çayında suyun sәviyyәsi yüksәlib. Çayın keçdiyi ölkәlәrdә- Bosniya-Herseqovina, Çernoqoriya vә Serbiyada isә fövqәladә vәziyyәt elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə