Türkiyәnin meşә yanğınına qarşı mübarizә aparan İsrailә yardım göndәrmәsi, iki ölkә arasındakı münasibәtlәrin yenidәn normallaşa bilәcәyi ehtimallarının ortaya çıxmasına sәbәb olub.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Amerikanın tanınmış qәzetlәrindәn olan "Wall Street" yazır ki, Türkiyәnin İsrailә etdiyi yardım, iki ölkә arasında daha yaxşı әlaqәlәrin qapısını açıb.
Qәzetin xәbәrinә әsasәn, İsrailin baş naziri Benyamin Netanyahu vәzifәyә başladığı keçәn ildәn bәri ilk dәfә baş nazir Rәcәb Tayyıb Әrdoğana telefon edәrәk yardımlarına görә Türkiyә hökumәtinә minnәtdarlığını bildirib.
Qәzet baş nazir Rәcәb Tayyıb Әrdoğanın, Mavi Mәrmәrә gәmisinә etdiyi hücuma görә rәsmi Tәl-Әvivin Ankaradan üzr istәmәsini gözlәdiklәrini dә yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB