Prezident İlham Əliyev Dağıstanın dövlət başçısına başsağlığı verib
Prezident İlham Əliyev dekabrın 5-də Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedova başsağlığı məktubu göndərib.
SİA-nın xəbərə görə, məktubda deyilir: "Qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam.
Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm.
Sizə, bütün doğmalarınıza və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB