İspaniyada Hava limanlarındakı tətil xaos yaradıb

İspaniyada Hava limanlarındakı tətil xaos yaradıb

İspaniyada maliyyə tədbirləri çərçivəsində hava limanlarının 49 faizinin özəlləşdirilməsinə qərar verilməsi vəziyyəti qarışdırıb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, hava nəzarətçiləri maaşlarının və iş saatlarının yaxşılaşdırılması tələbi ilə tətilə başlayıb. Tətil hava limanlarında xaosa səbəb olub.

Təyyarələr qalxa bilməyib, sərnişinlər hava limanlarında qalıb. Tətil üçün bilet sifariş edən 4 milyon insan bu durumdan zərərə uğrayıb.

İspaniyanın baş naziri Alfredo Rubalkaba ölkədə fövqəladə vəziyyət elan edildiyini və İspaniya hava sahəsinin bazar gününə qədər bütün uçuşlara qapadıldığını bildirib. Ölkənin hava sahəsi isə ordunun nəzarətinə keçib.

Cümə günü iş başına keçən hərbçilər vəziyyət normallaşana - yəni tətil bitənə qədər hava limanlarına nəzarət edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə