“Azərbaycana yaşıl işıq yandırılıb... Xaçaturov bu işdə maraqlı deyil” "HRAPARAK"

“Azərbaycana yaşıl işıq yandırılıb... Xaçaturov bu işdə maraqlı deyil” "HRAPARAK"

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatına (KTMT) üzv olması mümkünlüyü Ermənistanın ciddi narahatlığına səbəb olub. SİA xəbər verir ki, bu barədə erməni qəzeti “Hraparak” öz mənbələrinə istinadən yazıb. “Bu yaxınlarda KTMT-də üzv sayının genişləndirilməsi məsələsi müzakirə olunub”, deyə qeyd edən qəzet eyni zamanda müşahidəçi statusunu müəyyən edən sənəd paketinin də təqdim edildiyini xatırladıb. “Bu, onu göstərir ki, yaxın gələcəkdə Azərbaycanın KTMT-yə üzvlüyü ciddi şəkildə müzakirə olunacaq”, yazan erməni qəzeti Qarabağ məsələsi baxımından bu addımın təhlükə yaradacağını təlaşla qeyd edib.

Lakin digər məqam budur ki, adıçəkilən qəzet KTMT-nin hazırkı baş katibi Yuri Xaçaturovun fəaliyyətsizliyini qabardıb: “Əldə etdiyimiz məlumatlara görə, KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol alaraq, prosesin qarşısını kəsə bilərdi. Lakin bir tərəfdən onun KTMT-dəki mövqeyi zəifləyib, Ermənistanda ona qarşı cinayət işi qaldırılıb, digər tərəfdən isə, onda artıq çemodan əhval-ruhiyyəsi yaranıb və bu məsələdə xüsusi təşəbbüs göstərmək marağında deyil. Artıq belə demək mümkündür ki, Azərbaycanın KTMT-yə üzv olması üçün yaşıl işıq yandırılıb”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə