GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası keçirilib
Astanada ATƏT-in sammiti çərçivəsində Ukrayna xarici işlər naziri Konstantin Qrişşenkonun sədrliyi ilə GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 13-cü iclası keçirilib.
SİA-nın GUAM-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, GUAM-ın Baş katibi Valeri Çeçelaşvili, Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze, Moldova xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Popov, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkin iştirak ediblər.
XİNŞ Təşkilatın 2010-cu ilin sonuna qədər Fəaliyyət Planının yerinə yetirilməsinin gedişi haqqında məlumatı nəzərə almış, BMT Baş Məclisinin 65-ci sessiyasının gündəliyinin 14-cü bəndi ("GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün doğurduğu nəticələr") çərçivəsində qarşılıqlı fəaliyyət və "BMT ilə GUAM arasında əməkdaşlıq" qətnaməsinin layihəsi barədə məsələləri müzakirə etmiş, GUAM üzvü olan dövlətlərin digər beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin 2010-2011-ci illər üçün qarşılıqlı fəaliyyət planlarının təsdiq olunması haqqında qərar qəbul edib.
XİNŞ sahəvi əməkdaşlıq məsələlərini müzakirə etmiş, 2011-2012-ci illər üçün GUAM-ın sahəvi işçi qruplarının əlaqələndirici ölkələrinin təsdiq edilməsi, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri üzrə birgə komissiya yaradılması haqqında qərarlar qəbul edib.
XİNŞ Təşkilatda sədrliyin keçməsi məsələsini müzakirə etmiş və növbəti müddət üçün GUAM-ın Baş katibinin təyin olunması haqqında qərar qəbul edib.
XİNŞ-in növbəti iclasını 2011-ci ilin yanvar-fevral aylarında keçirmək planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB