Prezident İlham Əliyev Tailandın Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadejə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Tailandın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və tərəqqi arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə