Türkiyənin Azərbaycandakı səfirliyi Turqut Ərin kitabı ilə bağlı məlumat yayıb
Türkiyənin Azərbaycandakı səfirliyi bu diplomatik nümayəndəliyinin sabiq mətbuat müşaviri Turqut Ərin "Azadlıqdan Tiranlığa" adlı kitabı ilə bağlı məlumat yayıb.
SİA-ya verilən məlumata görə, səfirlik mətbuata açıqlamasında: "90-cı illərdə səfirliyimizdə mətbuat müşaviri vəzifəsində işləmiş və hal-hazırda heç bir rəsmi vəzifəsi olmayan Turqut Ərin "Azadlıqdan Tiranlığa" adlı kitabında irəli sürdüyü iddialar onun şəxsi fikirləridir. Qeyd olunan kitabda yer alan ifadələr və fikirlər heç bir şəkildə bölüşməməyimizə rəğmən narahatlıq doğurub. Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyev Türk dünyasının böyük liderlərindən biri kimi Türkiyədə də hər zaman hörmət və ehtiramla xatılanacaqdır", - deyə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB