"Mehriban xanım Əliyeva minlərlə insana sevinc bəxş edib" AÇIQLAMA-ÖZƏL
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyatı həmişə insanlara yardım etmək, xeyirxahçı olmaq, Azərbaycanın mədəni irsinin inkişafı və dünyada təbliği ilə bağlı olub. Azərbaycanın Birinci xanımı hər şeydən əvvəl gözəl anadır. Onun tərbiyyə edib cəmiyyətə təqdim etdiyi övladları bu gün Azərbaycan gəncliyi üçün nümunə simvoluna çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması, xaricdə yaşayan gəncləri Azərbaycançılıq ideologyası ətrafında birləşdirmək, ölkəmizin müstəqillik tariximizin keşməkəşliklərini əks etdirən tarixi filmləri ərsəyə gətirmək və digələrini məhz Mehriban xanım Əliyevanın vətənpərvərlik ruhunda tərbiyyə etdiyi övladlarının əməyinin bəhrəsi kimi qeyd etmək olar.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətini inkişaf etdirmək, muğam sənətinə yeni ruh verən Mehriban xanım təsis etdiyi Mədəniyyət Fondu və İRS jurnalı ilə Azərbaycanın milli mədəniyyətini dünyaya tanıda bilib: "Ulu Öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və Ümummilli Liderin milli dövlətçilik ideyallarını gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyan Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirdiyi sosial-humanitar layihələri ilə ölkə sərhədlərini aşıb. Fond ölkəmizdə yüzlərlə uşaq bağçaları və təhsil ocaqlarını müasir şəkildə yenidən quraraq istifadəyə verməklə yanaşı, Parisdə, Romada və dünyanın başqa şəhərlərində dini və mədəniyyət abidələri bərpa etməklə dünyada multikulturalizm, tolerantlığın təbliği və inkişafına öz töhfələrini verib".
A.Badamov qeyd edib ki, Mehriban xanımın dünya ədəbi-mədəni irsinin inkişafına verdiyi töhfələrinə görə İSESKO-nun və YUNESKO-nun sülhməramlı səfiri seçilməsi, dünya tərəfindən Onun fəaliyyətinə verilən qiymətdir: "Mehriban xanım Əliyeva Azərbaycan Republikası Milli Məclisin üzvü olaraq bir neçə dəfə amnistiya aktı ilə bağlı qanun layihələrinin təşəbbüskarı olub və cəzaçəkmə müəsisələrində cəzaçəkən minlərlə insana azadlıq bəxş edərək, onların ailələrinə sevinc nəsib edib".
Deputat vurğulayıb ki, I Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi və bu idman oyunlarında Azərbaycan standartlarının meydana gəlməsi, məhz cənab Prezdent İlham Əliyevin sərəncamı ilə yaradılan təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın gərgin əməyinin sayəsində nail olunub: "2017-ci ildə cənab Prezidentin sərəncamı ilə ölkəmizin Birinci vitse-prezidenti təyin olunan Mehriban xanım Əliyeva həmişə olduğu kimi ölkəmizdə humanitar sahənin inkişafına öz töhfələrini verir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə yeni qəsəbələrin salınması və həmin qəbildən olan insanların yeni evlərlə təmin olunması ilə bağlı misilsiz xidmətlərə malikdir. Mehriban xanım Əliyeva hər zaman ölkəmizdə icra oluna yeni sosial layihələrin açılışlarında cənab Prezdentin yanında olmaqla, öllkə başçısına böyük dayaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB