ABŞ-lı iqtisadçı Nourel Roubini Hindistanın pərakəndə sektorunda xarici investisiyanın qarşısındakı maneələrin qaldırılacağı halda, yaxın 10 ildə bu ölkənin iqtisadi inkişafda Çini keçə biləcəyini söyləyib. SİA-nın məlumatına görə, Nyu-York Universitetinin professoru Çinin iqtisadi inkişafının yaxın illərdə azalacağını, Hindistan iqtisadiyyatının isə gənc əhalisi və yüksək istehlak səviyyəsi ilə yüksələcəyini bildirib.
Hindistan baş nazir Manmohan Sinq hökuməti Hindistanın infrastruktur sistemini yaxşılaşdırmaq üçün quru yolları, limanlar və elektrik stansiyalarına qoyulacaq xərcləri iki dəfə artıraraq 2017-ci ilə kimi 1 trilyon dollar isvestisiya yatırmağı planlaşdırır. İyul-sentyabr aylarında iqtisadiyyatı 8,9 faiz böyüyən Hindistanda qanunlar kiçik sahibkarlığı qoruyur, böyük pərakəndə və ya topdansatış şirkətlərinin investisiyalarına məhdudlaşdırmalar qoyur. Dünyanın ən böyük pərakəndə şirkəti "Wal-Mart" ilə rəqibləri "Carrefour" və "Tesco" kimi firmalar Hindistan hökumətindən xarici investisiyalara icazə verməsini tələb edir.
"Morgan Stanley" iqtisadçısı Çetan Aha avqust ayında 2015-ci ilə qədər Hindistanın Çini keçəcəyini təxmin etdiklərini açıqlayıb. Hindistan iqtisadiyyatının 2011-2015-ci illər arasında 9,5 faiz böyüyə biləcəyini deyən Aha bu ölkənin 2020-ci ilə qədər məşğulluq bazarına 136 milyon adamı (Yaponiyanın əhalisindən çox) əlavə edəcəyini söyləyib. Çinin isə eyni dövrə kimi 23 milyon adamı məşğulluq bazarına əlavə edəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB