Monqolustanda H3N2 virusu aşkarlanıb. SİA-nın rus mətbuatına istinadən veriyi xəbərə görə, mütəxəssislər tərəfindən öyrənilməmiş bu qrip növünün "quş" və "donuz" qripləri ilə eyni simptomlara malik olduğu bildirilir. Artıq Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 17 yoluxma faktı qeydə alınıb. Ölüm hadisəsi baş verməsə də xəstəliyin daha çox uşaqlar üçün təhlükəli olduğu bildirilir.
Monqolustanın İnfeksion Xəstəliklər üzrə milli tədqiqat mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin sözlərinə əsasən, xəstəliklə mübarizə üçün yalnız orqanizmin immun sisteminin gücləndirilməsi və orqanizmin soyuqdəymədən qorunması lazımdır. Təhlükəsizlik tədbirləri çərçivəsində iş yerlərində və yaşayış evlərində tez-tez havanın dəyişdirilməsi zəruri hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB