MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri hərbi əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalayıblar

MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri hərbi əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalayıblar

MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri qurum çərçivəsində hərbi əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalayıblar. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, iclasda həmçinin MDB üzv dövlətlər arasında 2015-ci ilə qədərki dövrü əhatə edən hərbi əməkdaşlığın konsepsiya layihəsinə də razılaşdırılıb.

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov jurnalistlərə bildirib ki, MDB dövlət başçılarının bu ay planlaşdırılan sammitində üzv ölkələr arasında 2015-ci ilə qədərki dövrü əhatə edən hərbi əməkdaşlığın konsepsiyası qəbul ediləcək. MDB Müdafiə Nazirləri Şurası Katibliyinin mətbuat katibi Mixail Sevastyanov isə bildirib ki, topogeodoziya təminatı, naviqasiya məsələləri üzrə sənədlər bəyənilib. MDB-ın ölkələrinin silahlı qüvvələrinin xidmətləri arasında hidrometeoroloji məsələlər, Baş Qərargahlar və Müdafiə Nazirlikləri arasında arxivlərdən və informasiyalardan istifadə sahəsində əməkdaşlıq məsələlərinə baxılıb.

 

Baş Qərargah Rəislərinin toplantısında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə