Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti tərəfindən Samux rayonunda "quş qripi"nin aşkarlanması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət daxil olub. Bu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, Samux rayonunda tələf olan ev quşlarından götürülən qan analizləri nazirliyə təqdim olunub və hazırda laborator tədqiqatlar aparılır.
"Bu xəstəliyə hələki insan yoluxmadığından lazımi işlər Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyi hazırda qabaqlayıcı profilaktik tədbirlərə başlayıb.Səhiyyə Nazirliyi insanlara müraciət edərək bildirir ki, quşlarla təmasda olarkən profilaktik tədbirlərə əməl etsinlər. Onlar quşlarla təmasda olduqdan sonra özlərində halsızlıq, narahatçılıq hiss etdikdə bu barədə yaxınlıqdakı tibb məntəqələrinə müraciət etsinlər",- deyə o əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə nazirlikdə "quş qripi"nə yoluxma ilə bağlı hər hansı məlumatın olmadığını deyib: "Bu məsələ ilə bağlı səhiyyə nazirinin müavini Elsevər Ağayev açıqlama verib, Səhiyyə Nazirliyi faktı təsdiqləsə də Kənd Təsərrüfatı Nazirliyində bununla bağlı hər hansı bir fakt və ya məlumat yoxdur. Hazırda bu məsələyə aydınlıq gətirmək üçün nazirliyin Xüsusi təhlükəli xəstəliklər üzrə nəzarət sektorunun müdiri Kliment Əsədov Samuxa ezam olunub. Oradakı vəziyyət dəqiqləşdikdən sonra lazımi informasiyalar veriləcək".
Kliment Əsədov da açıqlamasında yaxın 2-3 saat ərzində Samux rayonunda olacağını deyib. O bildirib ki, ancaq bundan sonra faktın doğru və ya yanlış olması barədə məlumat vermək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB