"Wikileaks" saytında nümayiş etdirilən diplomatik sənədlərə görə, Avropada yerləşdirilən ABŞ-ın son taktiki nüvə bombaları NATO ölkələrində saxlanılır. SİA-nın məlumatına görə, bu ölkələr arasında Türkiyə ilə yanaşı Hollandiya, Belçika və Almaniyanın da adı çəkilir.
Avropada ABŞ-ın 200 nüvə bombasının olması və yerlədirildiyi ərazilərlə bağlı iddialar səslənsə də, nə ABŞ, nə də NATO bunu təsdiqləyib. Amma "WikiLeaks" taktiki nüvə silahlarının dörd ölkədə olduğunu göstərən sənədləri açıqlayıb. Daha əvvəllər ABŞ-ın nüvə bombalarına ev sahibliyi edən ölkələr arasında İngiltərə və İtaliyanın adları da səslənib. ABŞ-ın Avropada nüvə bombaları saxlaması isə NATO-ya üzv ölkələr arasında fikir ayrılıqlarına səbəb olub. Aralarında Türkiyənin də olduğu bəzi ölkələr ABŞ-dan bu silahları geri çəkməsini tələb edir. ABŞ isə taktiki nüvə silahlardan Rusiya ilə aparılacaq nüvə silahsızlaşdırılması bazarlığında kart kimi istifadə etmək istəyir.
NATO-nun nizamnaməsinə görə, sözügedən silahlarla bağlı təşkilata üzv ölkələr ümumi fikrə gəlməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB