Siyasi ekspert: “Artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələ başladı”
"ATƏT-in Astana sammiti ATƏT-in bu vaxta kimi göstərdiyi fəaliyyətinin yekunu idi. Həll olunmamış münaqişələr bu konfransda bir nömrəli müzakirə mövzusu oldu". SİA-nın xəbərinə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Astana sammitində Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Onun sözlərinə görə, ATƏT-də qəbul olunan sənəd Dağlıq Qarabağ məsələsinin BMT-də çıxarılmasına şərait yaradacaq: "Ermənistan Dağlıq Qarabağın ATƏT formatında həll olunmasının tərəfdarıdır. Bununla da deyə bilərəm ki, artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələ başladı. Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verənlər Ermənistanı çətin vəziyyətə salıb. Dağlıq Qarabağ məsələsində artan yol Rusiyanındır və bu da Ermənistanı qıcıqlandırır. Bununla da Ermənistan yeganə yolu müharibədə görür".
Daha sonra o, "Wikileaks"la bağlı məsələlər aydınlıq gətirib: "Mənim fikrimcə, bütün bunlar bir erməni oyunudur. Bu oyun Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, münasibətlərinə ziyan vurmağa hesablanıb. Burada olanlar həqiqətdən uzaq məlumatlardır. Gündəlik həyatda adi vətəndaşların bir-birilərindən soruşduqları və cavablandırdıqları məsələləri prezidentlərin adına yazılıb. Düşünürəm ki, "Wikileaks"in belə bir məlumatlar dərc etməsinə türkiyəli diplomat Turqut Ərin yazdığı kitab səbəb olub. Bu kitab Azərbayca-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə, əməkdaşlığına ziyan vermək istədi. Ancaq bu dəfə də bədxahların planları baş tutmadı. Sirr deyil ki, bir qrup türk hələ də Azərbaycan müstəqilliyini görmür, ölkəmizə keçmişdə aparılan siyasətlə baxırlar. Ona görə də belə mənasız insanlar boş kitablar yazaraq sadəcə özlərini gözdən salırlar".
M.Əhmədoğlu İranın siyasətinə də münasibət bildirib. O vurğulayıb ki, İranın daxili və xarici siyasətində baş verənlər bu dövlətin güclü olmasından çox, gücsüz olmasının göstəricidir. "Mikrofon/saat"ın İranın yeni güc vahidinə çevrildiyini deyən M.Əhmədoğlu qeyd edib ki, iran rəsmiləri dövlətin gücünü neçə mikrofonun qarşısında neçə saat vaxt keçirməklə ölçürlər: "İranın elmi, texniki potensialı zəifləsə də onun ritorikası güclənir. İranın elmi-texnoloji potensialının zəifliyi fonunda onun nüvə texnologiyaları ilk növbədə İran xalqına və dövlətinə qarşı çevrilib. Nüvə texnologiyası da onun özü üçün ziyandır. İş o yerə çatıb ki, blokada İranı gücləndirib".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB