Astara Olimpiya Kompleksində köməkçi obyektlərin tikintisi başa çatıb
Astara şəhərində 2007-ci ildən inşasına başlanan Olimpiya Kompleksinin tikintisi sona çatmaq üzrədir. SİA-nın cənub bürosunun məlumatına görə, bölgədə analoqu olmayan idman obyekti 5 hektara yaxın ərazini əhatə edir. Müasir arxitektura üslubunda inşa olunan kompleks 8 güşə formasındadır.
Kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait olacaq. Bunun üçün geniş idman zalı ilə yanaşı, açıq havada futbol, voleybol, basketbol, tennis meydançası və qaçış zolağı yaradılacaq. Burada, həmçinin uzunluğu 51 metr, eni 31 metr olan üzgüçülük hovuzu inşa edilir. Əsas korpusda idmançılar üçün istirahət otaqları da olcaq.
Olimpiya İdman Kompleksində yarışlar zamanı idmançıların qalması üçün əlavə olaraq 4 yerlik 7 kottecin və 160 yerlik ikimərtəbəli otelin tikintisi nəzərdə tutulub.
Kompleksdə köməkçi obyeklərin tikintisi artıq başa çatıb. Ərazidə 150 kubmetr su tutumlu 3 hovuz inşa olunub. Transformator yarımstansiyası, qazanxana və suötürücü stansiyanın binaları da hazırdır.
Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra rayonda idmanın inkişafına təkan verməklə yanaşı, burada beynəlxalq yarışların da keçirilməsi mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB