Paytaxtda “BeautyExpoAzerbaijan-2010” adlı beynəlxalq Gözəllik Sərgisi keçirilir
Paytaxtda "BeautyExpoAzerbaijan-2010" adlı beynəlxalq Gözəllik Sərgisi keçirilir. SİA-nın xəbərinə görə, beynəlxalq sərginin təşkilatçıları TNT Productions, İNC (ABŞ) şirkətləridir. Dekabrın 2-də başlayan sərgi dekabrın 4-dək davam edəcək. Sərgidə 10 ölkənin-Azərbaycan, Bolqarıstan, İsrail, Hindistan, İtaliya, Almaniya, Polşa, Rusiyadan və digərlərinin şirkətləri iştirak edir. Sərgidə müxtəlif ölkələrdən olan şirkətlərinin ətirləri, kremləri, saç boyaları, gözəllik məhsulları, və avadanlıqları sərgilənir.
Sərginin əsas məqsədi gözəllik sənayenin inkişafına təkan vermək, qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycan bazarında beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Bu gün Azərbaycanda cəmiyyət tərəfindən ən tez inkişaf edən sənaye sahəsi gözəllik sənayesidir. Bununla əlaqədar olaraq da beynəlxalq şirkətlərin Azərbaycan bazarına marağı çox böyükdür.
Qeyd edək ki, sərgi çərçivəsində gözəllik məhsulların ucuz qiymətlə satışı da həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB