Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Astanada təşkil edilən 7-ci dövlət və hökümət başçıları zirvəsi yayımlanan yekun sənədlə işini yekunlaşdırıb. SİA-nın məlumatına görə, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev zirvə toplantısının yekununda təşkil etdiyi mətbuat konfransında "üzv dövlətlər ATƏT-in dəyərlərinə bağlılıqlarını təkrarlayıb",- deyib.
Zirvənin keçirildiyi 2 gün ərzində yorucu bir iş apardıqlarını qeyd edən N.Nazarbayev ATƏT-in missiyanının gücləndirilməsi, rolunun artırılması, üzv ölkələrin ortaq məsuliyyətlərinin təsdiq etməsi ilə arzu olunan nəticələrə çatdıqlarını dilə gətirib. ATƏT-in Astana sənədinin bütün üzv ölkələrin fikirlərini əks etdirdiyini söyləyən Qazaxıstan prezidenti bildirib ki, bu sənəd ATƏT-in daha da inkişaf etdirilməsi üçün möhkəm bir təməl olacaq: "Bu sənəd ATƏT üçün yeni bir dövr kimi qiymətləndirilməlidir. Sənədin daha yaxşı bir dünya üçün, xalqlarımızın ümidlərini qarşılayan sülh və dialoqu vurğulayan ortaq bir müvəffəqiyyət olduğunu düşünürəm".
Sənəddə ATƏT dəyərlərinə üzv ölkələrin bağlılığı əksini tapsa da, baş verəcək hər hansı bir qarşıdurmanın aradan qaldırılması üçün birgə hərəkət planının qəbuluna yer verilməyib. Birgə hərəkət planının qəbul edilməməsində Moldova, Gürcüstan, Dağlıq Qarabağ kimi üzv ölkələrin yaşadığı problemlərin mühüm rol oynadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB