Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eyni zamanda milli təhlükəsizlik qurumlarının təmsilçiləri 9 Dekabrda Moskvada toplanacaq. SİA-nın məlumatına görə, iclasın gündəmində Kollektiv Operatif Müdaxilə sisteminin effektliyinin artırılmasına istiqamətlənən layihələr, Kollektiv Təhlükəsizlik Qüvvələrinin statusu və hərbi-texniki əməkdaşlıq kimi məsələlər var.
İclasda həmçinin KTMT-yə üzv ölkələrin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığının əks olunduğu sənədlərin əlyazmaları və məlumat təhlükəsizliyi müzakirə olunacaq. Qeyd edək ki, təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzvdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB