ABŞ və Avropa ölkələri tərəfindən İrana tətbiq olunan sanksiyalar nəticəsində Tehranın potensial enerji investisiyalarındakı itkisinin on milyardlarla dollarlarla ölçülə biləcəyi bildirilib.
SİA-nın xəbərinə görə, ABŞ dövlət katibinin müavini Uilyam Berns bildirib ki, İranın itkisi 50-60 milyard dollar civarında ola bilər.
Nüvə proqramı ilə bağlı diplomatiya üçün hələ vaxtın olduğunu deyən Berns qeyd edib ki, Tehran qəbul edərsə, ciddi müzakirələr üçün qapı açıqdır.
Berns sanksiyaların İranın nüvə silahı potensialını və bu potensialdan istifadə edəcək vasitələrin inkişafını əngəllədiyini, eyni zamanda İranın bölgədə sabitliyin pozulmasına gətirən addımlarını davam etdirməsini çətinləşdirdiyini vurğulayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB