ABŞ Şimali Koreyanı əlavə nüvə obyektləri inşa etməkdə günahlandırır
ABŞ hökuməti Şimali Koreyanın potensial hərbi məqsədlərə xidmət edən əlavə nüvə obyektlərini gizlətdiyinin ehtimal olunduğunu bildirir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Deyvis söyləyib ki, Şimali Koreyada əlavə uran zənginləşdirən obyektlərin inşası "aydın mümkündür."
O, qurumun müdirlər şurasının Vyanada keçirilən iclasında çıxış edib. Deyvisin sözlərinə görə, Vaşinqton Şimali Koreyanın iddiasına zidd olaraq, Pxenyanın hələ 2009-cu ilin aprelindən əvvəl uran zənginləşdirməyə başladığına inanır. Şimali Koreya bu həftənin əvvəlində yüngül su reaktoru üçün yararlı minlərlə sentrifuqaya malik uran zənginləşdirən obyekt inşa etdiyini xəbər verib. Pxenyan bu proqramın dinc məqsədlərə xidmət etdiyini deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB