Avropa Təhsil Fondunun təşkilatçılığı ilə 23-24 noyabr tarixlərində İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Avropa Birliyinə üzv olan ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti (AQS) üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və İordaniya dövlətlərinin nümayəndələri də dəvət edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Avropa Təlim Fondunun Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına seçilib. Fondun proseduruna əsasən müşahidəçi ölkə kimi qəbul olan üzvlər insan resurslarının inkişafı üzrə təşəbbüslərlə bağlı AQS ölkəsinin mövqeyini bildirməkdə və iş proqramlarının hazırlanmasında məsləhətçi rolunu oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB