Nazir müavini: “Ölkədə sahibkarlığa yeni qoşulanların tam əksəriyyəti gənclərdir” - AÇIQLAMA

Nazir müavini: “Ölkədə sahibkarlığa yeni qoşulanların tam əksəriyyəti gənclərdir” - AÇIQLAMA
Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi Azərbaycan Dövlət Gənclər Siayasətinin əsas istiqamətlərindən biridir. Bu barədə SİA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildriib ki, nazirlik yaranan gündən həm Bakıda, həm də bölgələrdə gəncləri sahibkarlığa təşviq etmək məqsədilə pilot layihələr keçirilir. Onun sözlərinə görə, ilk dəfə sahibkarlıqla məşğul olmaq istəyən insanlar üçün sahibkarlığın hazırlıq mərhələsi, normativ bazanın formalaşması sahəsində dövlət qurumları ilə birgə layihələr görülür: "Burada əsas mıəqsəd maarifləndirməkdir. Bununla bağlı sahibkarlıq və gənclərin məşğulluğu ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin məqsədi gənclərimizə informasiyanı çatdırmaqdır ki, onlar işini necə qura bilərlər. Nazirliyin Gənclər üçün Karyera Mərkəzi çərçivəsində keçirilən təlimlərdə hazırlanan modullarda da gənclərin sahibkarlıq vasitəsilə, sahibkarlığın inkişafı vasitəsilə məşğulluğun təmin edilməsi istiqamətində maraqlı işlər görülür. Biz çalışırıq ki, beynəlxalq qurumlar tərəfindən təqdim olunan layihələrdən bizim ölkənin inkişafına, maraqlarına cavab verən layihələrin həyata keçirilməsinə dəstək veririk. Nazirlik gənc sahibkarların inkişafına dəstək verir və gənclərin məşğulluğuna öz xidmətlərini göstərir. Ölkədə yeni sahibkarlığa qoşulanların tam əksəriyyəti gənclərdir. Ancaq burada 2 yanaşma var. Bir var ki, bilavasitə gənclər tərəfindən təsis edilən və fəaliyyətə başlayan biznes, bir də var ki, artıq mövcud olan biznesin gənclər tərəfindən idarə edilməsi. Gələcəkdə çalışacağıq ki, bu istiqamətdə modullar formalaşsın ki, bütün rəqəmlər ortaya çıxsın".

Bütün xəbərlər Facebook səhifəmizdə