“Axşam” qəzeti Türkiyənin “WikiLeaks” saytında dərc olunanlara önəm vermədiyini yazır

“Axşam” qəzeti Türkiyənin “WikiLeaks” saytında dərc olunanlara önəm vermədiyini yazır

İlk dəfə bir Şərq ölkəsində təşkil olunan ATƏT-in zirvə toplantısına "WikiLeaks" saytının açıqladığı sənədlər damğasını vurub. SİA-nın Türkiyənin "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, saytın açıqladığı gizli sənədlərdə Azərbaycan prezidenti İlham Əliyevin "Türkiyənin enerji koridoru olmasını istəmədiyi" ifadəsi yer almasına baxmayaraq, Türkiyə prezidenti Abdullah Gül "üzülmə, onsuz da inanmamışdıq" deyə Azərbaycan prezidentinə bildirib.

 

Türkiyə prezidenti Abdullah Gül mətbuat konfransında sözügedən gizli sənədlərin prezident İlham Əliyevlə görüşdə də müzakirə mövzusu olduğunu dilə gətirib: ""WikiLeaks" mövzusu İlham Əliyevlə görüşümüzdə gündəmə gəldi. Hörmətli İlham Əliyev yayılan sənədləri inkar edərək çox üzüldüyünü söylədi. Mən də ona "sən üzülmə, biz bu sənədlərin doğru olduğuna inanmamışdıq" dedim. Bunlar işin təbiətinə də ziddir. İlham Əliyev enerji xətlərinin Türkiyədən geçməsinə niyə qarşı çıxsın ki? Onsuz da Bakı-Tiflis-Ceyhan xətti fəaliyyətdədir. Azərbaycana nə qədər illik gəlir getirir. "Nabucco" da Türkiyə üzərindən geçərsə Azərbaycanın enerji sərvətləri yaxşı bazarlara çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə