Müdafiə Nazirliyi "WikiLeaks" saytında nazir Səfər Əbiyev barədə dərc olunan məlumata münasibət bildirib
Müdafiə Nazirliyi "WikiLeaks" saytında müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersi ilə görüşü barədə dərc olunan məlumatla bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu SİA-ya verdiyi açıqlamasında bildirib: "Mətnlə tanış olduqdan sonra doğrusu çox təəccübləndim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi ilə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam. Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB