3-7 dekabr 2010-cu il tarixində Azərbaycan Tələbəb Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Gənclərin iş hüquqları mövzusunda seminar təşkil ediləcək. ATGTİ-dən SİA-ya verilən xəbərə görə, "Gənclərin məşğulluğunda istismar halları ilə mübarizə" adlandırılan seminar "Gənclik Təşəbbüsləri" İctimai Birliyi Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.
Bu layihənin məqsədi gənclərin əmək hüquqlarının qorunmasında gənclik təşkilatlarını mübarizəyə qaldırmaq, onları beynəlxalq əmək standartları ilə yaxından tanış etmək, gənclərin əmək münasibətlərində hüquqlarının pozulmasının və belə halların qarşısının alınmasının gənclik təşkilatlarının əsas gündəlik məsələsi kimi təmin olunmasına nail olmaqdır.
Gənclərin işlədikləri bir çox müəssisələrdə onların əmək qabiliyyətlərini məhdudlaşdıran bədbəxt hadisələr baş verir. Belə hadisələr işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək müqaviləsi olmadıqda istehsalatda baş verən bədbəxt hadisələr kimi rəsmiləşdirilmir. Əmək qabiliyyəti məhdudlaşan belə gənclər sosial müdafiəyə ehtiyacı olanlar sırasına daxil olurlar.
Təlimin proqramında gənclərin əmək hüquqlarının pozulmasının araşdırılması, məşğulluğun əsas aspektləri, müqavilələr, iş vaxtının düzgün qurulması kimi mövzular yer alacaq.
Təlimdə gənclər təşkilatlarının üzvləri və gələcəkdə gənclərin məşğulluq problemləri sahəsində fəaliyyət göstərmək istəyən şəxslər iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB