Ukrayna prezidenti Petro Poroşenko və ABŞ dövlət katibi Mayk Pompeo telefon danışığı keçiriblər. SİA-nın verdiyi xəbərə görə, bu haqda ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib. Danışıqlar zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Pompeo Ukraynada korrupsiya ilə mübarizə və Ukraynanın milli təhlükəsizliyi üzrə yeni qanunvericiliyin qəbul edilməsini alqışlayıb. O, həmçinin, BVF-in tələblərini yerinə yetirməyə çağırıb.
Qeyd olunur ki, Pompeo adnışıq zamanı ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB