“Ermənistanın hazırki xunta rejimi inqilab zamanı erməni xalqına verdiyi sözü “yeni Ermənistanı səfalətdən çıxaracaqlar”ı ilə bağlı pafoslu çıxışlar verməsinə baxmayaraq real addımlar ata bilmir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, yeni hakimiyyət əksinə onlardan öncəki hakimiyyətin yaratmış olduğu bataqlığı bir daha dərinləşdirdikləri üçün xalqın diqqətini sosial və iqtisadi problemlərdən yayındırmaq məqsədi ilə gündə bir həbs və istintaq prosesi haqqında gündəmə gəlirlər: “Əslində erməni xalqı hazırki hakimiyyətdən şou yaratmaq deyil, real işlər görmək və ölkəni düşmüş bataqlıqdan çıxarmağı gözləyirlər. Xalq da bir gün görəcək ki, Paşinyan və onun hakimiyyəti xaricin bir projesidir və Paşinyan da onların ora qoyduğu bir oyuncaq fiqurdur. Bir müddətdən sonra digər bir ölkənin sifarişi ilə başqa biri hakimiyyətə gələrək Paşinyanın adamlarını istintaq cəlb edəcək. Ona görə ki, Ermənistanda xalqın seçdiyi bir lider hakimiyyətə gəlmir. Əgər belə olsaydı, o zaman hakimiyyətə gələn lider dərhal başqa ölkənin ərazisini işğal etməkdən əl çəkməklə ölkəsini düşdüyü iqtisadi blokadadan çıxarar, xalqının sosial problemləri ilə məşğul olar, regionda baş tutan böyük layihələrdən də uzaq qalmazdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB