Rusiya bazarlarında əcnəbilərin ticarətlə məşğul olmasına qadağa qoyulub
Rusiya hökuməti 2011-ci ildən əcnəbilərin pərakəndə alkoqollu içkilər, dərman preparatları satışı sahələrində işə götürülməsinə, onların bazarlarda və çadırlarda, eləcə də mağazalardan kənar pərakəndə satış məntəqələrində ticarətlə məşğul olmasını qadağan edib.
SİA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, qadağa ilə bağlı qərar Rusiya Nazirlər Kabinetinin internet saytında yerləşdirilib. Qərarda qeyd olunur ki, təsərrüfat subyektləri yanvarın 1-dək əcnəbi işçilərin sayını Rusiyanın əmək qanunvericiliyi ilə müəyyənlədirilmiş saya endirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB