Vardan Voskanyan: “Yerevanın İran-ABŞ münasibətlərini normallaşdırılması meydanına çevrilməsi mümkünsüzdür”
“Hazırkı vaxtda Ermənistanın İran-ABŞ münasibətlərinin normallaşdırılması üçün meydan seçilməsi real deyil”. SİA xəbər verir ki, bu barədə Birinci İnformasiya portalına Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan deyib. Belə ki, bugünlərdə ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt irəli sürülmədən görüşə hazır olduğnu bildirmişdi. Eyni zamanda, İran prezidentinin aparat rəhbəri Həmid Əbutalibi öz tvitter səhifəsində yazıb ki, Tehran ABŞ-la danışıqları bərpa etməyə hazırdır, əgər Vaşinqton nüvə razılaşmasına geri dönərsə.
“Ermənistanın xarici məsələlərdə aktivliyi məhduddur və biz çətin ki, ABŞ və İran kimi iki nəhəng dövlətin danışıqları üçün meydan rolunu oynaya bilərik”
İranşünasın sözlərinə görə, ABŞ bir tərəfdən ritorikasını sərtləşdirsə də, digər tərəfdən, danışıqlar mümkünlüyünə açılan qapını birdəfəlik bağlamayıb. Lakin Vardan Voskanyan digər erməni politoloqu, “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papayanın Yerevanın İran-ABŞ danışıqları üçün meydan olması fikirlərini rədd edib və bunu belə əsaslandırıb ki, Ermənistanın özü hazırda daxili və xarici problemlər məngənəsində boğulur. Beləliklə, Yerevanda Ruhani-Tramp görüşünün mümkünsüz olduğunu deyən Voskanyan Papayanın proqnozuna qarşı deyib: “İcazənizlə cənab Papayanın sözlərinə münasibət bildirim. Hazırkı vaxtda Ermənistanın İran-ABŞ münasibətlərinin normallaşdırılması üçün meydan seçilməsi real deyil. Biz, faktiki və uzunmüddətli seçkiöncəsi mərhələdəyik. Ermənistanın xarici məsələlərdə aktivliyi məhduddur və biz çətin ki, ABŞ və İran kimi iki nəhəng dövlətin danışıqları üçün meydan rolunu oynaya bilərik”.
Bu bir reallıqdır və Vardan Voskanyanın Ara Papayanın iddiasına cavabında həqiqət var
Voskanyana görə, bunun üçün uzun müddət xarici siyasətdə korrektlər aparmaq lazımdır və bunun mümkünlüyü yazın günlərdə görünmür.
Söz yox ki, erməni iranşünas bununla dolayısı yolla Ermənistanın mövcud hakimiyyətinin zəifliyini etiraf edib və işarə vurub ki, ölkənin özü siyasi böhran içində çabalayır. Beləliklə, heç bir halda Yerevanın iki dövlətin danışıqları üçün meydan ola biləcəyinə inanmadığını bildirib. Əlbəttə, bu bir reallıqdır və Vardan Voskanyanın Ara Papayanın iddiasına cavabında həqiqət var.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB