Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri Rusiya Dövlət Dumasının deputatı Aşot Yegiazaryana qarşı qaldırılmış cinayət işi çərçivəsində ona məxsus obyektdə axtarışlara başlayıblar.
SİA-nın xəbərinə görə, komitənin rəsmi nümayəndəsi Vladimir Markinin məlumatına görə, məhkəmə "Senturion Alyans" şirkətinə məxsus daşınmaz əmlaka – nüfuzlu Rublyovskaya şosesindəki "Avropark" ticarət kompleksinə həbs qoyub. Beləliklə, obyekt başqalarının xeyrinə müsadirə edilib. Ticarət kompleksinə "Aşan" supermarketi və çoxzallı kinoteatr daxildir. Çoxfunksiyalı ticarət obyektinin ümumi sahəsi 83 min kvadratmetrdən artıqdır.
Xatırladırıq ki, Aşota qarşı xüsusilə külli məbləğdə dələduzluq etdiyinə görə cinayət işi qaldırılmış və o, deputat toxunulmazlığından məhrum olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB