BMT Tәhlükәsizlik Şurasında, baş katib Pan Gi Munun Kıbrıs mәsәlәsi üzrә hazırladığı hesabat müzakirә olunub.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Baş katibin Kıbrıs mәsәlәsi üzrә xüsusi nümayәndәsi Aleksandır Dovnır, görüşdәn sonra verdiyi açıqlamada, müzakirә prosesinin davam etdiyini, prosesin 18 noyabrdakı üçtәrәfli görüşdәn sonra yeni bir istiqamәt qazandığını söylәyib.
"BMT mәsәlәnin hәll yoluna qovuşmayacağını düşünsәydi bu proseslә bu sәviyyәdә maraqlanmazdı. Lakin bu prosesin uğurlu olması üçün siyasi bir gücә ehtiyac var. Kıbrısda mәsәlәnin hәlli prosesi çox çәtindir. Tәbii olaraq belә bir prosesdә tәrәflәr bir-birlәrini ittiham edirlәr. Amma önәmli olan prosesin axırında müsbәt bir nәticәdә әldә edilmәsidir", deyә Alkesandır Dovnır vurğulayıb.
Dovnır dekabrın 31-dәn әvvәl mәsәlәnin hәllinin qeyri-mümkün olduğunu, baş katibin Dәrviş Әroğlu vә Dmitris Xristofyasla 25 vә ya 26 yanvarda üçtәrәfli görüş keçirәcәyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB