Nazirlik rəsmisi: “Taxıl sahələrinin biçindən sonra yandırılması düzgün deyil” ÖZƏL-ŞƏRH

Nazirlik rəsmisi: “Taxıl sahələrinin biçindən sonra yandırılması düzgün deyil” ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə taxıl sahələrinin biçindən sonra yandırılması düzgün deyil. Artıq bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 244.1 maddəsi (Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər 2000-dan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 7500 manatdan 10000 manatadək məbləğdə cərimə edilir) əlavə edilib”. Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov deyib.

Onun sözlərinə görə, burada əsas odur ki, torpaq yandırılan zaman onun üst humus qatı məhv olur və torpağın qidalılığı azalır: “Təbii ki, bunun qarşısının alınması üçün əsas tədbirlərdən biri biçindən sonra sahənin tez bir zamanda şumlanmasıdır. Şumlamaya saman otu mane olduğuna görə çox adamlar asan yol kimi yandırmağı seçirlər. Amma onlar yaddan çıxarırlar ki, yanma zamanı torpağın üst qida qatı məhv olur və gələcək məhsuldarlığa mənfi təsir göstərir. Bunun üçün artıq respublikaya bir neçə kombaynlar gətirilib. Həmin texnika samanı biçindən sonra doğrayıb tarlaya səpir. Bu həm də imkan verir ki, saman torpaq qatında qalsın və əlavə qida mühiti yaratsın. Fermerləri məlumatlandırmaq üçün informasiya-təbliğat kampaniyası başlayıb və davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə